reklam | sponsorluq | bize yazın |

üzv olun

xəbərlər ana sehife

gündəm
siyasət
iqtisadiyyat
dünya
mədəniyyət
həyat
idman
sağlamlıq
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et

Zurab Qumberidzeyə görə, "Keşiş dağ" alban deyil, gürcü məbədidir


1997-ci ildən Azərbaycanda Gürcüstan səfiri olmuş Zurab Qumberidze bundan sonra Tbilisinin Azərbaycandakı neft-qaz maraqlarını qorumaqla məşğul olacaq. Bunu dünən Azərbaycanda Gürcüstan səfiri kimi keçirdiyi sonuncu mətbuat konfransı zamanı Z.Qumberidze söylədi.
Onun sözlərinə əsasən, uzun illər diplomatik missiyanı icra edərək iki ölkə arasında əlaqələrin inkişaf etməsinə xidmət etmiş bir şəxs kimi bundan sonra da Gürcüstan neft-qaz şirkətinin Azərbaycandakı təmsilçisi olaraq bu istiqamətdə əlaqələri genişləndirməyə çalışacaq.
Ümumiyyətlə 1995-ci ilin fevralından, yəni Azərbaycanda Gürcüstan səfirliyi açılandan Bakıda olduğunu və səfirlikdə müxtəlif vəziflərdə çalışdığını, habelə 10 il səfir kimi fəaliyyət göstərdiyini bildirən Z.Qumberidze iki ölkə arasında hazırkı münasibətlərin səviyyəsinə də nəzər saldı.
Azərbaycanla Gürcüstanın bir-biri ilə dostluq və strateji əməkdaşlıq çərçivəsində əlaqələr qurduğunu qeyd edən səfir, özünün də bu əlaqələrin yaranmasında göstərdiyi xidmətlərdən söz açdı.
Yeri gəlmişkən onu da qeyd edək ki, Z.Qumberidzeni uzun illik uğurlu diplomatik fəaliyyətə görə prezident İlham Əliyev Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə də təltif edib. Səfir də mətbuat konfransına ordenli gəlmişdi.
Belə ki, Z.Qumberidze səfir kimi fəaliyyət göstərdiyi illər ərzində rəsmi Bakı ilə Tbilisi arasında bir neçə dövlətlərarası müqavilənin imzalandığını, bir sıra mübahisəli məsələlərin həll edildiyini də qeyd etdi. Onun sözlərinə görə, iki dost ölkə arasında hazırda hərtərəfli əlaqələr qurulmaqdadır, iqtisadi əlaqələr isə getdikcə möhkəmlənir. İki ölkə arasında mal-əmtəə dövriyyəsinin yarım milyard dollar həcminə qədər artdığını söyləyən Z.Qumberidzeyə görə, yaxın illərdə bu istiqamətdə də ciddi artımlar olacaq.
İki ölkə arasında energetika sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən səfir Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkiləcəyi, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında da danışdı. Habelə səfir dəmir yolu layihəsinə Gürcüstan ermənilərinin etiraz etmələri ilə bağlı məsələyə də münasibətini açıqladı.
"Gürcüstan indiyə qədər imzaladığı bütün dövlətlərarası müqavilələrin şərtlərini sorğu-sualsız icra edib, bu bundan sonra da belə olacaq. Dəmir yolu xətti Gürcüstan ərazisindən keçir və bir qrup vətəndaşın buna etiraz etməsi rəsmi Tbilisini qətiyyən narahat etmir", - deyə vurğulayan diplomat bu layihənin sonda uğurla başa çatacağını söylədi.
Belə ki, Gürcüstanın çətin günlərində Azərbaycanın ona dayaq çıxdığını söyləyən diplomat hesab etdi ki, iki ölkə arasında qurulan hazırkı münasibətlər digər qonşu ölkələrə də örnək sayıla bilər. Eyni zamanda o, iki ölkə arasında narahatedici faktlara da toxundu. Onun sözlərinə görə, Kvemo-Kartli (Borçalı - red.) quberniyasında yaşayan azərbaycanlılara rəsmi Tbilisinin heç bir ögey münasibəti yoxdur. Sadəcə, orada arabir problemlər olur ki, bunu da dövlət siyasəti ilə əlaqələndirmək olmaz. Habelə diplomatın Gəncənin Gürcüstanda saxlanılan darvazaları barədə də maraqlı açıqlaması oldu.
"XI əsrdə kimsə xatirə üçün Gəncənin darvazalarını Gürcüstana aparıb. İndi həmin darvazalar monastırda tarixi abidə kimi saxlanılar və bu darvazaların Azərbaycana qaytarılması iki ölkə rəsmiləri arasında həllini tapa bilməz. Çünki darvazalar Pravoslav Kilsəsinin mülkiyyətinə aiddir", - deyə qeyd edən diplomat Azərbaycanla Gürcüstan arasında mübahisəli sərhədlər məsələsinə də toxundu.
Qeyd edək ki, hazırda Gürcüstanla Azərbaycan sərhədlərinin hələ ki 35 faizi razılaşdırılmayıb. Burada da mübahisə doğuran ərazilər var. Məsələn, Gürcülərin Balakən, Zaqatala rayonlarının bir neçə kəndinə, Ağstafa rayonu ərazisində yerləşən "Keşiş dağ"a iddiaları var. Bizim alimlərin qeyd etdiyi kimi, "Keşiş dağ" monastr kompleksi qədim Albaniyanın mirasıdır. Amma gürcülər bu kompleksi "Qurucu David" kompleksi hesab edirlər, hətta onların zəvvarları bura ziyarətə gəlirlər. Kompleksin az bir hissəsi Gürcüstan ərazisində, əsas hissəsi isə Azərbaycan ərazisindədir. Gürcülər bu kompleksin onlara verilməsini tələb edirlər, Azərbaycan hökuməti isə hələ ki bu addımı atmayıb. Amma məsələyə rəsmi Bakının hələ ki çox loyal münasibəti var. Gürcülər isə sözlərini deməyə çəkinmirlər.
"Bu məsələ üzərində ekspertlər işləyirlər. Həmin əraziyə ekspertlərin təkrar ekspedisiyası da olacaq. Amma bizim alimlər hesab edirlər ki, bu, gürcü məbədidir", - deyə Z.Qumberidze vurğuladı.
Belə ki, gürcülər də Azərbaycandan nəsə qoparmaq fikrindədirlər. Həm də biz azərbaycanlılar fikirləşirik ki, Gürcüstan bizdən asılı bir ölkədir. Çünki bu ölkəni neft-qaz və sairə ilə biz təmin edirik. Amma ölkələrini Avropa Birliyi və NATO-ya üzvlük üçün real namizəd hesab edən gürcülərin də öz arqumentləri var. Onların fikrincə, Azərbaycan Gürcüstandan asılıdır. Çünki Gürcüstan Azərbaycanın Avropaya çıxması üçün yeganə təhlükəsiz, daha doğrusu, Qərbin xoşuna gələn dəhlizdir. Belə ki, Ermənistanla Azərbaycan arasında münaqişənin olması, İranın və Rusiyanın Qərb üçün etibarlı ölkə hesab olunmaması hesabına Azərbaycanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması üçün yeganə yol Gürcüstandan keçir. Ekspertlərə görə, gürcülər də bunu çox gözəl bilib anladıqları üçün maksimum reallıqlardan bəhrələnərək öz maraqlarını tam şəkildə təmin etmək istəyirlər.

  şerhler

50QCENAT
maykil_ düz diyir.

tarix : 07 Mrt,2009 15:02


maykil
Gürcüler de ermenicikler de ve diğerleri de, ne Azerbaycan'dan ne de başka bir Türk devletinden hiçbir şey alamazlar. Aç tavuk gibi buğday hayal edip dururlar veaçlıktan ölürler.

tarix : 16 Mrt,2007 13:39

  şerhinizi yazın

  saytımızdan diger xeberler
Lake Bell What Happens In Vegas primyerasında
Məqsədimiz iqtisadi cəhətdən güclü, azad dövlət yaratmaqdır
yeni çinar restoranı
XIII
dünyanın böyük binaları
GƏLƏCƏYİN POLİSLƏRİ AND İÇDİ
Nikita ivanoviç və sosializm
tattoolar ve bedenler
MX Vs. ATV Unleashed
Şakira gələn il ana olmağa hazırlaşır
  kanaldan diger xeberler
Silikonları üzündən tarazlığı pozulur
Qadın çantaları haqqında
SAÇLARI GÜCLƏNDİRƏN MƏHLUL
baharın gəlişi ilə allergik xəstəliklər də artır
EURO 2008 Başlıyır
1 yaşı tamam oldu
The Getaway
Mischa Barton - Keds mağazasında
Sağlam və gümrah olmaq istəyirsinizsə...
Ebru Gündeş və Rza Zərrab ilk dəfə mətbuat qarşısına çıxdı

©2000-2009 azerooClub , müellif hüquqları qorunur, istinad verilmesi mecburidir

üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz
penceeni bağla