Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 05 Fev,2007 Fəxriyyə Xələfova AYSEL:Payız fəsli qarşıdadır, fəsildə nələr dəbdə olacaq?
F.X.:Hazırkı dəb geyim üçün konkret nəyisə təklif etmir, əksinə, sərbəst
seçimə daha çox üstünlük verir. Bu seçimin əsası da rahatlıÄ?ı təmin
etməkdir.
AYSEL:Bəs geyimdə buna necə nail olmaq olar?
F.X.:Hər şeydən əvvəl, geyim müasir görünməlidir. Bunun yeganə yolu isə
sərbəstlikdir. Siz geyiminizi şəxsi üslubunuza çevirsəniz, əla olar.
AYSEL:Tələbələriniz varmı?
F.X.:2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetində
dərs deyirəm. Mən təcrübəli ustalardan moda peşəsinin öyrənilməsinə
uzun illər sərf etmişəm. Tədris illəri və uzunmüddətli müstəqil
axtarışlar hal-hazırda modelləşdirmə və dizayn məktəblərinin işində
yaxından iştirak etmək üçün çox yaxşı zəmindir. Mən gənc istedadları
həmişə dəstəkləməyə hazıram.
AYSEL:Azərbaycan gəncliyini necə görmək istərdiniz?
F.X.:Mən Azərbaycan gəncliyini ilk öncə, milli və bəşəri dəyərlərə
yiyələnmək, ürəyi Vətən məhəbbətilə döyünən şəxslər kimi görmək
istərdim. Ən böyük arzum odur ki, gənclərimiz kamil vətəndaş -
hərtərəfli və ahəngdar insan kimi yetişsinlər. Qeyd etmək istəyirəm ki,
biz gənclərimizdə cəmiyyətimizin fəal nümayəndəsi olmaq istəyi, səyi və
nailiyyətləri ilə fəxr etməliyik.
AYSEL:Qızlarımızın geyim tərzi, zövqü sizi qane edirmi?
F.X.:Geyim mədəniyyəti bizim həyatımızın çox ciddi və zəruri məsələsidir.
Odur ki erkən yaşlarından onunla məşÄ?ul olmaq lazımdır. Çox istərdim,
yetişməkdə olan gənc nəsil dünya modası təmayüllərini izləməklə yanaşı,
öz milli xüsusiyyətlərinə və milli simalarına malik olsun.
AYSEL:Avropalaşmaq istəyi, geyimləri müasirləşdirmək cəhdini necə qiymətləndirirsiniz?
F.X.:Məncə, daim zahiri görkəmin barədə düşünmək və onu təhlil etməkdənsə,
öz şəxsiyyətinin inkişafı ilə məşÄ?ul olmaq daha yaxşıdır. Psixoloqlar
deyirlər ki, hər bir insanın öz qüvvətli və cəlbedici tərəfləri vardır
və onları nümayiş etdirərək, hər bir kəs üçün zəruri olan
müvəffəqiyyətə nail ola bilmək mümkündür.
AYSEL:Azərbaycan modelyerlərinin işlərinin dünya miqyasında tanınması üçün nə lazımdır?
F.X.:Ən vacibi odur ki, yerli modelləşdirmə məktəbinin inkişafı və təşəkkülü
öz uÄ?urları, qələbələri, yeni kəşfləri ilə lazımi mərhələlərdən keçmiş
olsun. Bunun üçün isə beynəlxalq moda müsabiqələrində və müxtəlif
forumlarda mütləq iştirak etmək lazımdır.
AYSEL:Zövqlə geyinməyin əsas xüsusiyyətləri hansılardır?
F.X.:Adətən, daxili aləmi zəngin olan qadınlar müəyyən üslubda biçilmiş
zərif geyimlərlə öz duyÄ?ularını, hisslərini ifadə etməyi bacarırlar.
Bu, parlaq, xoş təsir yaradır. Zövqlə geyinmək elm və eyni zamanda
incəsənətdir. Elmdir, ona görə ki, zövqlə geyinməyin öz qanunauyÄ?unluÄ?u
var. Incəsənətdir, ona görə ki, bu qanunauyÄ?unluq gözəl zövq və mədəni
səviyyənin bəhrəsidir. Yüksək zövqə malik hər bir fərd özünəməxsus
xüsusiyyətlərini canlandıra bilir. Geniş dünyagörüşü ilə müəyyən
çərçivədə qəbul olunmuş modadan istifadə əsl zövqdür.
AYSEL:Hansı üsluba üstünlük verirsiniz?
F.X.:Çslubumun əsas meyarı obrazın tamlıÄ?ının ifadəsidir. Mənim üçün hər bir
obraz bütöv bir dünyadır, elə bir dünya ki burada üslub, model, parça,
rəng və əhval-ruhiyyə bir vəhdət təşkil edir.
AYSEL:Sizin kolleksiyalarınızda hansı xüsusiyyətlər hökm sürür?
F.X.:Son kolleksiyam "Misilsiz dəbdəbə" öz rəngarəngliyi, biçim
müxtəlifliyi, fantaziya zənginliyi və daxili mənanın ifadə edilməsi ilə
fərqlənir. Kolleksiyada dekorativ folklor motivləri və Azərbaycanın
milli geyim elementlərini müxtəlif cəhətdən əks etdirən geyim dəstləri
nümayiş etdirilmişdir.
AYSEL:Hər hansı sahədə müvəffəqiyyətə nail olmaq üçün başlıca meyar nəyi hesab edirsiniz?
F.X.:Xarakterin qüvvəsini. Qarşıya qoyulmuş məqsədlə baÄ?lı işi icra etmək
əzmində olmaq, eləcə də insani böyük enerji ilə məqsədə çatmasındadır.
Qüvvətli, xarakterli adamlar hər bir məqsədə nail olan şəxsiyyətlərdir.
Insanın xarakterinin qüvvəsi, onun möhkəmliyi, hər şeydən əvvəl, yalnız
qabaqcıl dünyagörüşü və əqidə ilə əlaqədar olduqda müsbət əhəmiyyət
kəsb edir. Insanın dünyagörüşü də mühüm rol oynayır. Qarşıya məqsəd
qoymaq, bu məqsədə çatmaq yolu və vasitələrini müəyyənləşdirmək üçün
insan ətraf aləmi hərtərəfli qavramalı, məqsədin zəruriliyini başa
düşməli, ona çatmaq üsullarını ölçüb-biçməli, bir sözlə, öz təfəkkürünü
işə salmalıdır.
|