Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 08 Avq,2007 - Soyuq yeməklərdən çox istifadə etməyin. İsti yay günlərində mədə və
bağırsaqlar soyuq yeməklərlə bağlı daha sürətli fəaliyyətdə olur və
belə yeməklərin bağırsaqlarda qalma müddəti qısalır. Bu da orqanizmin
qidalardakı vitaminləri mənimsəməsinə imkan vermir.
- Sürətlə su içməyin. İstidə insan çox tərlədiyindən birdən-birə
içilən çoxlu miqdarda su ürəyin yükünü artıraraq, qan dövranını aşağı
salır. Bu isə nəfəs çatışmazlığına və soyuq tərləməyə səbəb olur.
- Açıq havada taxta üzərində oturmayın. Havanın temperaturu və
nəmliyi yüksək olduğu üçün taxta çoxlu miqdarda suyu özünə çəkir. Günəş
altında qalan taxta nəmi çölə verir və üzərində oturduqda dəri və
revmatizm xəstəliklərinə səbəb olur.
- Gecə açıq havada yatmayın. Bədən sürətlə tərlədiyi üçün insan
yuxulayana qədər bədənin müqaviməti azalır. Gecə havanın istiliyinin
aşağı olması, soyuq küləyin əsməsi mədə ağrılarına, əzələ
problemlərinə, həzm pozğunluğuna və ishala gətirib çıxarır.
- Günorta yatmağa çalışın. Gündüzlər uzun, havalar isə isti olduğundan günortalar 1-2 saat yatmaq faydalıdır.
- Kondisioneri yüksək dərəcəyə qoymayın. Kondisioner insanların
rahatlığı üçündür. Lakin otaq daxilində və çöldə istilik fərqinin böyük
olması insanın üşüməsinə səbəb olur. Ona görə də bu fərq 5-8 dərəcə
arasında olmalı, 10 dərəcəni keçməməlidir.
|