 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 05 Mrt,2008 Stress psixoloji və fizioloji dəyişikliklərlə müşayiət olunur.Həyatımızı bürüyən mənfi hallardan biri də stresdir. Bədbinliyə qapılanda bizə elə gəlir ki, daha stresdən yaxamızı qurtara bilməyəcəyik.
Stresi törədən səbəblər hansılardır?
Stress psixoloji və fizioloji dəyişikliklərlə müşayiət olunur. Bu vaxt iştahasızlıq, yuxusuzluq və yaddaşsızlıq baş verir. Fiziki amillərlə yanaşı, mənəvi amillər də stresə yol açan əsas səbəblərdəndir. Digər tərəfdən, iş yerindəki və ya evdəki gərginlik də stresə gətirib çıxara bilər. Hətta evdəki və ya işdəki işıqlandırma sistemi və ya dekorasiyada istifadə edilən rənglər də bu amilin yaranmasına şərait yarada bilər. İş vaxtı verilən tapşırıqlardakı qeyri-müəyyənliyin özü də ciddi stress mənbəyidir.
Bəs stresdən necə uzaqlaşmaq olar? Hər şeydən əvvəl idmanla məşğul olmaq, qəhvədən istifadəni azaltmaq, əhvali-ruhiyyəni yüksəldən hadisələri yada salmaq, bədbin şeyləri xatırlamamaq streslə mübarizədə ən gözəl vasitələrdəndir. Çünki araşdırmalar nəticəsində məlum olmuşdur ki, stress ağır xəstəliklərin “təməl daşlarından” biridir. |