ana sehifeazerooLive
  selcuk007 hediyye gönderdi
  xeberler
  dediqodu
  forum

saytımızda

  üzvlük yeri
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

Aparıcı yox, aparan olacam

dostuna gönder

azeroosaytlarım-a elave et

balaca yazı | esl yazı | böyük yazı

30 Apr,2008

Əməkdar artist Aygün Kazımova aprelin 1-dən tamaşaçılarına “Xeyir ola” proqramının vədini vermişdi. Vədin üstündən nə az, nə çox, iki həftə keçib. Xeyir ola, veriliş niyə yayımlanmır?
Müğənni bu barədə artıq açıqlama verib. O, bildirib ki, verilişin yayımlanmaması şəxsən özündən qaynaqlanan səbəblərlə əlaqəli deyil. Proqramın istədikləri kimi tamaşaçılara təqdim olunması üçün bir sıra texniki problemləri aradan qaldırmaq lazımdır. Elə bu səbəbdən də verilişin təqdim vaxtı uzanır.
Daha əvvəllər “Sara TV”də “Aygün bu gün”, “ANS”də “Gecə yarısı”, “Space”də “Aygün şou” verilişlərinin müəllifi olan müğənnini dördüncü dəfə daha məsuliyyətli iş gözləyir. Çünki indiyə qədər həftəlik verilişlərlə müqayisədə bu dəfə Aygün Kazımova həftənin düz 5 günü tamaşaçı qarşısına çıxacaq.
Beləliklə, veriliş aprelin 21-də yayımlanacaq. Həmişə iddialı görünməyə çalışan Aygün bu dəfə də öz ampluasındadır. Özünü Azərbaycanda şou-biznesin təməlçisi hesab edən və gəncləri də ardınca aparan müğənni bu dəfə də yeniliklər vədini verir. Müğənni özünü verilişin aparıcısı hesab etmir: “Bu verilişdə aparıcı yox, aparan olacam”

  şerhler
daha şerh yazılmadı
  şerhinizi yazın

azeroo.com
azerooClub-a üzv olun
http://www.azer...
azerooTube
en yeni videolar burda
http://www.azer...
buraya reklam ver

Top on A-Z.az