 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 14 May,2008 Suyun faydalarını bilməyən yoxdur.Özü də isti su içmək daha faydalıdır. İsti su çay və ya qazlı içkilərdən fərqli olaraq, tez həzm olunan maddələrdən biridir.
Çinlilərin fikrincə, 40 yaşından sonra otaq temperaturundan soyuq qida və ya maye qəbul etmək olmaz. Çünki orqanizm yaşlandıqca fiziki dəyişikliklərə məruz qalır: damarlar daha az elastik olur, kirəcləşmə nəticəsində damarlar daralır. Buna görə qan təzyiqi yüksək olur və qan dövranının pozulması kimi problemlər ortaya çıxır. Həzm sistemi də elastikliyini itirir. Bu isə həzm problemlərinə və qəbizliyə səbəb olur. Digər tərəfdən, soyuq içkilər içərkən və ya soyuq qidalar qəbul edərkən daxili orqanlar yığılır.
Adi bir misal: yağlı tavanı soyuq suda yaxalamağa çalışsaq da, yağ donur və tavaya yapışır. Ancaq tavanı isti su ilə yuduqda yağ asanlıqla təmizlənir. Orqanizm də belədir, isti su bütün orqanları təmizləyir.
İsti suyun faydaları:
1. Bədəni təbii olaraq sərin saxlayır, qan dövranını sürətləndirir.
2. Daxili orqanları və qabırğa qəfəsinin ətrafındakı əzələləri yumşaldır, dərindən nəfəs almağa imkan verir.
3. Həzmi asanlaşdırır.
4. Qəbizliyi aradan qaldırır.
5. Yeməkdən yarım saat əvvəl qəbul edilən isti su iştahanı azaldır və daha tez arıqlamağa imkan verir.
6. Soyuqlamanın, qripin ömrünü azaldır.
Gündə 3 dəfə 1 fincan isti su için. Daha çox içə bilsəniz, pis olmaz. |