ana sehife | reklam | sponsorluq | bize yazın

üzv olun | xəbərlər ana sehife

  gündem
  siyaset
  iqtisadiyyat
  dünya
  medeniyyet
  heyat
  idman
  sağlamlıq

saytımızda

  üzvlük yeri
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

İra­nın növbəti təxribatı

dostuna gönder

azeroosaytlarım-a elave et

balaca yazı | esl yazı | böyük yazı

23 May,2008

Bu ölkənin mo­bil ope­ra­to­ru \"Ka­ra­bakh Te­le­com\"la sa­zi­ş im­za­la­yıb

Xə­zər İb­ra­him bil­di­rib ki, Azər­bay­ca­n bu­nun­la bağ­lı dip­lo­ma­tik mis­si­ya­la­ra
mü­va­fiq tə­li­mat­lar ve­rə­cək

İra­nın mo­bil ope­ra­tor­la­rın­dan olan Kiş Te­le­kom­mu­ni­ka­si­ya Şir­kə­ti (Te­le­com­mu­ni­ca­ti­ons Kish Com­pany) Azər­bay­ca­nın iş­ğal al­tın­da olan Qa­ra­bağ böl­gə­sin­də fəa­liy­yət gös­tə­rən \"Ka­ra­bakh Te­le­com\"la bey­nəl­xalq qay­da­la­ra zidd ola­raq rou­minq sa­zi­şi im­za­la­yıb.
APA-nın mə­lu­ma­tı­na gö­rə, bu­nun­la ya­na­şı şir­kə­tin rəs­mi say­tın­da (httr://www.tkckish.com/­roa­ming1.htm) Dağ­lıq Qa­ra­bağ Er­mə­nis­tan əra­zi­si ki­mi təq­dim edi­lib.
Bun­dan baş­qa, Lit­va­da bey­nəl­xalq te­le­fon da­nı­şıq­lar kar­tı­nı (Ge­Mo­bi­le) is­teh­sal edən \"Ge­mi­ni net­work LTD\" şir­kə­ti də Av­ro­pa əra­zi­sin­dən Dağ­lıq Qa­ra­ba­ğa və Azər­bay­ca­nın iş­ğal olu­nan di­gər ra­yon­la­rı­na zəng et­mək im­ka­nı ya­ra­dıb. Be­lə ki, onun av­ro­pa­lı abu­nə­çi­lə­rə təq­dim et­di­yi da­nı­şıq kart­la­rı va­si­tə­si­lə Dağ­lıq Qa­ra­bağ və Azər­bay­ca­nın iş­ğal olu­nan ra­yon­la­rı ilə əla­qə sax­la­maq müm­kün­dür. Bu şir­kə­tin say­tın­da (httr://www.ge­mo­bi­le.lt/?lang­=ru&­co­unt­ry=99&pa­ge=p­ri­ce) da Dağ­lıq Qa­ra­bağ Er­mə­nis­tan əra­zi­si ki­mi təq­dim olu­nub.
Ey­ni və­ziy­yət Ru­si­ya­nın te­le­kom­mu­ni­ka­si­ya şir­kə­ti olan \"Te­le­komt­reyd\"də də (httr://www.po­mor­tel.ru­/ip­cia.html) möv­cud­dur. Hə­min şir­kət va­si­tə­si­lə Ru­si­ya­dan Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­ri­nə zəng et­məm müm­kün­dür. Şir­kə­tin say­tın­da da Dağ­lıq Qa­ra­bağ Er­mə­nis­tan əra­zi­lə­ri ki­mi gös­tə­ri­lib.
İra­nın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Mə­cid Fey­zul­la­hi Kiş Te­le­kom­mu­ni­ka­si­ya Şir­kə­ti­nin özəl qu­rum ol­du­ğu­nu de­yib: \"Gü­man edi­rəm ki, şir­kət bu­nu məq­səd­li de­yil, mə­lu­mat­sız­lıq­dan edib\".
Azər­bay­ca­nın İran­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Ab­ba­sə­li Hə­sə­nov isə Kiş Te­le­kom­mu­ni­ka­si­ya Şir­kə­ti ilə \"Ka­ra­bakh Te­le­com\" ara­sın­da əmək­daş­lıq­la bağ­lı araş­dır­ma apa­ra­caq­la­rı­nı bil­di­rib.
Lit­va­nın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin bi­rin­ci ka­ti­bi Vi­li­yes Sa­mue­la APA-ya mə­sə­lə ilə bağ­lı öl­kə­si­nin Xa­ri­ci İş­lər Na­zir­li­yi­ni mə­lu­mat­lan­dı­ra­ca­ğı­nı de­yib. O, öl­kə­si­nin Azər­bay­can­la bağ­lı si­ya­sə­ti­nin də­yiş­mə­di­yi­ni bil­di­rib: \"Bu, özəl şir­kət­dir. Ola bi­lər ki, bu an­la­şıl­maz­lıq yan­lış­lıq­dan və mə­lu­mat­sız­lıq­dan baş ve­rib\".
Azər­bay­can Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin mət­bu­at xid­mə­ti­nin ka­ti­bi Xə­zər İb­ra­him isə bil­di­rib ki, bu­nun­la bağ­lı Azər­bay­ca­nın qeyd olu­nan öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən dip­lo­ma­tik mis­si­ya­la­ra mü­va­fiq tə­li­mat­lar ve­ri­lə­cək.

ekart olaraq gönder bloguma elave et
İra­nın növbəti təxribatı

  şerhler

ilahe
Hetta Amerikadaki Vonage telefon shirketi de Qarabgi Ermenisten kimi teqdim edir,amma bu shirket onlarin elinde olan olke kodlarina gore erazileri adlandirdiqlarini bildirir. Orda Qarabagin kodu 37447 kimi gedir. www.vonage.com

tarix : 23 May,2008 22:07

  şerhinizi yazın
  saytımızdan diger xeberler
türkiyeden bir model - simge tertemiz
exclusive müsahibə
Xəzinə
tokyonun qeribe modası
Luca Luca 2008 Yay debi
Vanessa Minnillo Virgin adalarında
roberto carlos fenerbahçede
Swarovskinin Ulduzu
Burberry Payız-Qış 2008 Debi
bakıda happy party
  kanaldan diger xeberler
C200
emporio armani 2008 yay debi
nigar talibova ok! jurnalında
Üzeyir ömrü
Pirverdinin xoruzu
Starsky and Hutch
britney hotele alınmadı
Liftçi qız
Neft və milyonlar səltənətində.
Mercedes-Benz C63 AMG

azeroo.com
azerooClub-a üzv olun
http://www.azer...
azerooTube
en yeni videolar burda
http://www.azer...
buraya reklam ver

©2000-2009 azerooClub , müellif hüquqları qorunur, istinad verilmesi mecburidir