 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 24 May,2008 Səhnəmizin məşhur müğənniləri arasında Xatirə İslamın da adı hallanır. Müğənninin özü bununla razılaşmasa da, efir onu kök göstərdiyini söyləyir. Bunlara baxmayaraq, o, bir həftəyə yaxındır ki, pəhriz saxlayır. Bu barədə qəzetimizə açıqlama verən Xatirə bildirdi ki, o, şampun reklamına çəkilir. O, hələ ki, şirkətin adını açıqlamasa da, arıqlaması ilə bağlı şərtin onun qarşısına şirkət tərəfindən qoyulduğunu söylədi. Şərtlərə əməl edən müğənnidən şampun reklamına çəkilməyin arıqlaması ilə nə kimi əlaqəsi olduğunu soruşduq. O isə məsələyə reklamın dünya arenasına çıxması ilə aydınlıq gətirdi. Qeyd edək ki, Xatirə hələ ki, reklam çəkilişlərinə şampundan başlasa da, sonra onun kosmetika vasitələrin reklamlarında görünmək ehtimalı da var. |