ana sehife | reklam | sponsorluq | bize yazın

üzv olun | xəbərlər ana sehife

  gündem
  siyaset
  iqtisadiyyat
  dünya
  medeniyyet
  heyat
  idman
  sağlamlıq

saytımızda

  üzvlük yeri
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

Yaşar Nurinin vətənə dönəcəyi gözlənilir

dostuna gönder

azeroosaytlarım-a elave et

balaca yazı | esl yazı | böyük yazı

25 May,2008

Bir neçə gün əvvəl Türkiyədə üzərində cərrahiyyə əməliyyatı aparılmış xalq artisti Yaşar Nuri vətənə qayıdacağı günü gözləyir. Xalq artisti artıq xəstəxanadan evə buraxılsa da, onun vətənə qayıtması bir qədər ləngiyəcək.

ANS TV-nin yaydığı məlumata görə, aktyoru müalicə edən həkimlərin fikrincə, Yaşar Nuri bir müddət Türkiyədə qalıb müalicəsini davam etdirməlidir. Xalq artisti, bu çətin günlərində onu yalnız qoymayan bütün dostlarına, tanışlarına öz minnətdarlığını bildirib.

“Bu, ikinci dəfədir məni ruhlandırlar. İlk dəfə səhnəyə çıxanda məni çox ruhlandırıblar, axırı pis olmadı. Bir də əməliyyata gedəndə məni çox ruhlandırdılar. Onun da nəticəsi göz qabağındadır” – deyə Xalq artisti Yaşar Nuri bildirib.

Xalq artisti əməliyyatdan sonra özünü həm mənəvi, həm də fiziki cəhətdən çox yaxşı his edir. Amma ona narahatlıq gətirən başqa bir amil var- Vətən həsrəti. Aktyor deyir ki, qardaş Türkiyədə olmasına, ətrafındakıların qayğısına baxmayaraq, fikri ancaq Azərbaycandadır.

“Məndən olsa, bir quş olub gəlib Azərbaycana dəyib qayıdardım. Amma nə vaxt desələr, nə vaxt Allah buyursa, yerdəkilər də ona əməl etsə, qayıdaram” – deyə Xalq artisti əlavə edib.

Xatırladaq ki, ötən ilin sonlarında Yaşar Nurinin qara ciyərində yaranan ciddi problemlər səbəbindən o, Neftçilər xəstəxanasına yerləşdirilmişdi. Amma uzun müddətli müalicə heç bir nəticə vermədiyindən, fevral ayında xalq artisti İstanbul memorial xəstəxanasına yerləşdirilmişdi. İndi prostat vəzində keçirdiyi əməliyyatdan sonra ona yeni qara ciyər köçürülüb. Xalq artistinin səhhəti normaldır və yaxın günlərdə Bakıya dönəcəyi gözlənilir.

  şerhler
daha şerh yazılmadı
  şerhinizi yazın
  saytımızdan diger xeberler
Doğmağımla bağlı yalan danışmışam, əcəb eləmişəm
türkiyede bir yer - pamukkale
Lətifə
azərbaycan xalqının toy adətləri
İnternet ürəyi xəstə edir
Əmək və qızıl gül
Səhər
C200
De ki, sevirsən məni
Hayden Panettiere Entourage primyerasında
  kanaldan diger xeberler
Mən ki, gözəl deyildim
paris sahilde
kainata üçan raketler
gossip girl serialı
Devil May Cry 3
Röya muğam ifa edəcək
OutRun 2006: Coast 2 Coast - OutRun 2006
Lal
bakıda PhotoParty!
Bəxtəvər

azeroo.com
azerooClub-a üzv olun
http://www.azer...
azerooTube
en yeni videolar burda
http://www.azer...
buraya reklam ver

©2000-2009 azerooClub , müellif hüquqları qorunur, istinad verilmesi mecburidir