Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 01 İyul,2008 Əllərin ən böyük düşməni təmizlik maddələridir. Dərinizə görə əllərinizə qulluq edin
Əllərin ən böyük düşməni təmizlik maddələridir. Buna
görə də əllərinizə qulluq etmək üçün dərinizin
xüsusiyyətinə uyğun kremlərdən istifadə edin. Əgər dəriniz
normaldırsa, yatmazdan əvvəl barmaqlarınıza və barmağınızın aralarına
yağlı krem sürtün. Çünki bu hissələr
çatlamaya daha çox meyillidir. Əllərinizin üzərinə
isə normal dəri kremi vurun. Əlinizdə ləkə varsa, limon suyuna duz
qatıb əllərinizi bununla ovuşdurun.
Ayaqlarınızı da düşünün
Topuqlarınızın bərkiməməsi, yumşaq olması üçün bir
dilim limonla ovun. Əgər ayaqlarınız qızarıb şişirsə, saatlarla isti
suda saxlamayın, kremlə ovxalayın. Döyənək olmuş nahiyələri zeytun
yağı ilə ovuşdurun. Yaxud limonu ortadan kəsib, qabığını soyaraq tərs
çevirin. Qabıq hissəsinə yağ vurub, döyənək olan
bölgələrə sarıyın. Bu tövsiyələr döyənək olmağa
başlayan, ancaq tam döyənək olmayan hallarda təsirlidir.
|