ana sehife | reklam | sponsorluq | bize yazın

üzv olun | sağlamlıq ana sehife

  qadın
  kişi
  uşaq
  körpe
  qidalanma
  ümumi
  cinsi heyat

saytımızda

  üzvlük yeri
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

Sən ana Xəzərimin sahilində...

dostuna gönder

azeroosaytlarım-a elave et

balaca yazı | esl yazı | böyük yazı

28 İyul,2008

Yay vaxtı çimmək və günəşdə qaralmaq üçün çimərliyə getməyə, az da olsa, vaxt tapmaq olur. İndi dəniz kənarında açılan çoxsaylı pullu çimərliklər qayğını qismən azaldır. Təbii ki, dənizkənarı istirahət obyektlərində bütün xidmətlər pulludur. Qiymətlərin çox yüksək olduğunu nəzərə alaraq, əsas qayğını öz üzərinizə götürsəniz yaxşıdır. Bədəninizin quruluşunu mümkün qədər korreksiya edən çimərlik paltarı və alçaq dabanlı səndəliniz varsa, cəsarətlə çimərliyə yollanın.

Çimərliyə gedərkən özünüzlə yemək götürün. Ancaq çox yox. Ağır çantanı aparıb-gətirmək çətinlik yaradır. Yeməyin miqdarı kompaniyadan da asılıdır. Ancaq rəfiqələrinizlə istirahət etməyi düşünürsünüzsə, yeməyin qədərini azalda bilərsiniz. Kişiləri isə mütləq yedizdirmək lazımdır! Çoxlu meyvə-tərəvəz, bir neçə buterbrod, bərk bişmiş yumurta, pendir və sərinləşdirici içki axşama qədər iki nəfərə bəs edər. Yeməkləri qumdan qorumaq üçün polietilen örtüyə bükmək lazımdır.
Çimərliyə gedərkən altınıza sərmək üçün örtük, dəsmal və yanmaq üçün krem götürməyi unutmayın. Örtüyün ölçüsü onun üzərində rahat yerləşməyə şərait yaratmalıdır.

Günəş vannalarını hər kəs qəbul edir, lakin bunu necə etmək lazım olduğunu hamı bilmir. Azacıq qaralmaq dəri üçün xeyirlidir. Ultrabənövşəyi şüalar dəridə D vitamininin yaranmasına kömək edir. Günəşdə azacıq qaldıqdan sonra dəri cazibədar rəng alır. Lakin unutmayın ki, dərinin qaralması eyni zamanda qüsurları da üzə çıxara bilər. Həddən artıq çox qaralmış dəridə qırışlar aydın nəzərə çarpır.

Çimərlikdə günün altında çox qalmaq olmaz. Bu, baş ağrısına, yorğunluğa, zəifliyə, hərarətin yüksəlməsinə səbəb ola bilər. Üstəlik, dəridə izsiz ötüşməyən yanıqlar əmələ gələr. Bu qızartıların yerində isə ləkələr yaranır, dərinin üst qatı qopur və bədənin dərisinin rəngi müxtəlif hissələrdə fərqlənir. Bu, heç də xoşagələn effekt deyil.

Əgər məzuniyyətinizi dəniz kənarında keçirmək fikrindəsinizsə, onda ilk günlər günə can atmayın. İlk 2-3 günü mümkün qədər kölgədə keçirin ki, bədəniniz yeni şəraitə uyğunlaşsın.

Günəş vannaları üçün ən uyğun vaxt səhər ertədən günorta saat 1-ə qədər və gündüz saat 4-dən sonradır. Çox isti günlərdə saat 11-dən 5-ə qədər günəşdən uzaq olmaq məsləhətdir. Birtərəfli yanmamaq üçün hər 5 dəqiqədən bir vəziyyətinizi dəyişin. Bu üsulla 1 saata qədər günün altında qalmaq olar. Bu müddət ərzində bir neçə dəfə kölgəyə çəkilmək və suya girmək lazımdır. Bundan başqa, dərinin eyni dərəcədə yanması üçün düzgün uzanmaq da əsas şərtlərdən biridir. Bunun üçün elə uzanın ki, gün şüaları birbaşa bədənə düşsün, ayaqlar isə günün olduğu tərəfə yönəlsin. Başınıza açıq rəngli panama, yaxud saman şlyapa qoysanız yaxşıdır. Bununla həm gün vurmasının qarşısını alarsınız, həm də saçlarınızı ultrabənövşəyi şüaların mənfi təsirindən qoruyarsınız. Bu şüalar saçı zəif və solğun edir. Gözünüzü parlaq gün işığından qorumaq üçün çimərliyə tünd şüşəli eynək götürün. Tünd eynəklər göz ətrafının zərif dərisinin erkən qırışmasının da qarşısını alır. Günün altında olduğunuz bütün vaxtı eynəklə keçirməyin. Sonra göz ətrafı dəri üzün dərisindən rəngi ilə kəskin fərqələnə bilər. Çimərlikdə bədəninizə günəş vannası üçün vasitə çəkməyi unutmayın.

Gün vannaları üçün vasitə

Gün vannaları üçün vasitələrə müxtəlif kremlər, yağlar, kosmetik südlər, gigiyenik pomadalar və sair aiddir. Çimdikdən sonra bədən üçün lazım olan vasitələri - duş üçün gel, şampun, nəmləndirici krem və sairi də bura aid etmək olar.

İlk öncə üz üçün nəzərdə tutulmuş vasitələrə diqqət edin. Onlar bədən üçün olan vasitələrə nisbətən qidalandırıcı maddələrlə daha zəngin olmalıdır. Bu vasitələrin tərkibinə həm də günəş şüalarını zərərsizləşdirən məhsullar daxildir. Tərkibində E vitamini və aloe olan kremlər ən yaxşılar hesab olunur. Bu komponentlər dərinin tez qocalmasının qarşısını alır. Belə kremləri hər dəriyə uyğun seçmək olar. Bu məqsədlə göz ətrafı dəri üçün də xüsusi vasitələr mövcuddur. Onların tərkibində yer kökü, vitaminlər və yağlar olur. Belə kremlərdən çimərliyə getdiyiniz ilk günlərdə istifadə edə bilərsiniz. Dodaqları da gün şüalarından qorumaq lazımdır. Bu məqsədlə gigiyenik pomadalardan istifadə edin.

Bədən üçün nəzərdə tutulmuş vasitələrin də tərkibinə oxşar komponentlər daxildir. Kremlər və yağlar şüaları zərərsizləşdirməklə bərabər, dərinin zərif qalmasının da qayğısına qalır. Bu vasitələrin çoxu dəridə allergiya və qıcıqlanmaların yaranmasının qarşısını alır. Gün vannaları üçün vasitələrin tərkibində filtirlər də olur. Bu kremlər müxtəlif məqsədlər üçün nəzərdə tutula bilər. Güclü yanıqlar olmadan tez bir zamanda dərini qaraltmaq, qısa müddətdə yanıqlarsız, gözəl və ağrısız qaralmaq, yanmanın bir neçə gündən sonra qurumuş dəri ilə birgə yox olması və günəşdə tamamilə yanmaq üçün vasitələr əldə etmək olar. Bu növ kremləri şəhərin istənilən parfümeriya dükanlarından almaq olar. Onları istənilən dəri üçün seçmək olar. Daha bir məsləhət: vasitəni öz xarakterinizə uyğun seçin. Əgər siz çimərlikdə heç nə etmədən yalnız uzanmağa üstünlük verirsinizsə, onda gec silinən və dəridə qalın qoruyucu yağ qatı əmələ gətirən kremlər seçin. Belə kremlər suya girən kimi tamamilə yuyulur. Gün vannaları üçün nəzərdə tutulan bütün yağlar belə vasitələrə aiddir.

Əgər eyni zamanda həm çimmək, həm də yanmaq istəyirsinizsə, onda bu məqsədə uyğun gələn lasyon, yaxud krem alın. Bu vasitələr bədənə çəkilən kimi dəriyə hopur. Gün altında çox qalmayın. Bədənin eyni dərəcədə yanmasını istəyirsinizsə, vəziyyətinizi tez-tez dəyişin. Yaşı 40-ı ötmüş insanlar isə gündən daha çox qorunmalıdırlar.

Çimərliyə gedərkən ətir, ətirlənmiş salfet və bu kimi vasitələrdən istifadə etməyin. Onların çoxunun tərkibində günəş şüasının təsirilə dəridə piqment ləkələri əmələ gətirən maddələr var.

Dekorativ kosmetika da çimərlik üçün məqbul deyil. Ən dəqiq makiyaj belə günün altında əriyir və pis görünüş alır. Üstəlik, makiyajdan istifadə etməməklə siz dərinizə bir müddət dinclik də verə bilərsiniz. Çimərlikdə üzünüzə lazım olan vasitələr gün vannası üçün üz kremi və dodaqdan ötrü gigiyenik pomadadır.

Çimərlikdən və gün vannalarından sonra da dərini diqqətdən kənarda qoymaq olmaz. Duzlu sudan və günəşdən sonra mütləq ilıq su ilə yuyunmaq lazımdır. Bundan sonra dərinizə qatıq, xama çəkə bilərsiniz. Bunları bədəninizdə mümkün qədər saxladıqdan sonra ilıq su və sabunla yuyunun. Qatığı soyuq nanə dəmləməsi ilə edilən kompreslə də əvəzləyə bilərsiniz. Ən yaxşısı isə xüsusi vasitələr almaqdır.

Gün vannasından sonra istifadə edilən kosmetik vasitələr bədənin şüalardan sonra dincəlməsini təmin edir. Bu vasitələrin hamısının tərkibində E vitamini var. Onlar günəşdən sonra dərini qidalandırır, hamarlayır və qabıq verməsinin qarşısını alır. Bu vasitələr lasyon və süd şəklində olur. Onlar bədənə duşdan sonra yüngül masaj hərəkətləri ilə çəkilməlidir. Bundan başqa, belə vasitələr dərinin tündləşmiş rənginin uzun müddət cazibədar qalmasına da xidmət edir.

Çimərlikdə əsas zövqü insana su verir. Suya girərkən ehtiyatı əldən verməyin. Uzun müddət günün altında qaldıqdan sonra birbaşa suya girmək olmaz. Bu spazma və qıcolmalara səbəb ola bilər. Çimmək istəyirsinizsə, bunu çimərliyə gələn kimi edin. Suya girərkən əvvəlcə bədəninizi əlinizlə isladın, temperatura alışdıqdan sonra tamamilə suya girin. Suda uzun müddət hərəkətsiz qalmayın. Ətraflarınızda qıcolma əmələ gəldiyi tədqirdə sudan çıxın və bədəninizi tam qurulayın. Çimərlikdən qayıtdıqdan sonra duş qəbul edib, yuxarıda sadalanan vasitələrdən birini bədəninizə çəkin. Dərinizin qurumaması, cazibədar qalması üçün bədən üçün heç bir kosmetik vasitədən istifadə etməyin.

  şerhler

touristitaly
deniz heqiqeten de gozeldir

tarix : 30 Avq,2008 20:06


touristitaly
Caspian sea is very nice sea

tarix : 30 Avq,2008 20:05


cappucino
ah deniz deniz gelecem yene senin yanina men seni cox sevirem

tarix : 30 İyul,2008 11:34

  şerhinizi yazın
  saytımızdan diger xeberler
Gilan qızı
röya istanbulda
New Super Mario Bros. - New Super Mario
Röya muğam ifa edəcək
Dr Kawashima's Brain Training - Brain Training
SI Swimsuit 2008 - Selita Ebanks
Sensible Soccer
bakıda happy party
həftənin gözəli monica belluci
türkiye ümidini artırdı
  kanaldan diger xeberler
Guitar Hero 2
hayden panettiere paparazzi şekilleri
E900
Bizim küçənin oğlanları
monice belluci vanity fair-de
Hamıdan gözəl mənəm...
Блестящие
Bir daha işgüzar xanımlar barəsində
Fatma
Aaron Coberly Eserleri

azeroo.com
azerooClub-a üzv olun
http://www.azer...
azerooTube
en yeni videolar burda
http://www.azer...
buraya reklam ver

©2000-2009 azerooClub , müellif hüquqları qorunur, istinad verilmesi mecburidir