balaca yazı | esl yazı | böyük yazı 16 Sent,2008 Hamiləlik zamanı diş və diş ətləri də həssaslaşırBu dövrdə dəyişən rejim diş əti xəstəliklərinə və diş
çürümələrinə səbəb olur. Buna görə də hamilə
qadınlar diş sağlamlığına əvvəlkindən daha çox diqqət
yetirməlidirlər. Çünki hamiləlik zamanı davam edən
uzunmüddətli diş əti xəstəlikləri hətta erkən doğuşa da gətirib
çıxarır. Hamiləlikdə ağız və dişlərin sağlamlığı üçün görüləcək tədbirlər aşağıdakılardır: - Gündə ən azı iki dəfə diş fırçası və diş ipindən istifadə edərək yığılan ərpi təmizləyin; - ağızı duzlu, ilıq su ilə qarqara edin; - çox isti və soyuq qidalardan uzaq olun; - şəkərli qidalardan az istifadə edin; - çürümə və ya iltihab əlamətləri gördükdə həkimə müraciət edin.
Hamiləlik dövründə dişləri müalicə etmək olarmı?
İlk üçaylıq dövr körpənin çox həssas
olduğu bir dövrdür. Buna görə də yersiz müdaxilələr
ağır fəsadlara səbəb ola bilər. Yalnız çox vacib olduqda təcili
müdaxilə mümkündür. İkinci üçaylıq
dövrdə diş çəkmək, diş kanalını müalicə etmək olar.
Üçüncü üçaylıq dövrdə isə doğum
zamanı yaxınlaşdığı üçün eynilə ilk
üçaylıq dövrdə olduğu kimi, diş həkimi yalnız zəruri
hallarda müdaxilə edə bilər. Yeganə Məmmədova
|