reklam | sponsorluq | bize yazın |

üzv olun

səyahət ana sehife

mehmanxanalar
gəzməli yerler
turizm beledçisi
şeherler
yachting
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
02 Noy,2008

Maldiv Hind okeanının mərkəzində yerləşən adalar qrupundan ibarət bir ölkədir. Bu ölkə dəniz səviyyəsindən təxminən 1 metr yüksəklikdə yerləşir.

Ölkə ərazisinin sahəsi 300 kvadratkilometr, əhalisinin sayı isə 350 min nəfərdir. Əhalinin əksəriyyəti İslam dininə mənsubdur. Ordusu isə yoxdur. Adalardan ən böyüyünün sahəsi 13 kvadratkilometrdir. Ərazisinin ən yüksək nöqtəsi isə dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə yerləşir.
Maldiv adaları əvvəllər İngiltərənin müstəmləkəsi olub. 1965-ci ildə müstəqillik əldə edib. 1968-ci ildən isə respublika quruluş forması ilə idarə olunmağa başlanıb. Adalar qrupunun şimaldan cənuba qədər uzunluğu 820 km, qərbdən şərqə qədər olan eni isə 220 km-dir. Ölkənin paytaxtı Maledir. Paytaxt və liman şəhəri olması ilə əlaqədar olaraq, Male ölkənin ən yaxşı inkişaf etmiş şəhəridir. Paytaxt əhalisinin sayı 80 min nəfərdir. Maldiv adaları BMT-nin üzvüdür. Maldivi formalaşdıran adaların sayı 1200-dür. Bu adalardan yalnız 202-də həyat var və yalnız bu adalar turist qəbul edir. Digər 1000 adada isə insan məskən salmayıb. Bir ada tamamilə həbsxana kimi istifadə edilir. Adanın yeganə sakinləri, demək olar ki, məhbuslardır. Başqa bir ada isə neft anbarına çevrilib.
Ölkə adalardan ibarət olduğu üçün burada quru nəqliyyatı çox az inkişaf edib. Buna görə də yerdə görməyə adət etdiyimiz taksilər burada hava yolu ilə xidmət göstərir. Bizim üçün qəribə görünsə də, taksilər hava vasitəsilə sərnişinləri ünvanına çatdırır. Bu sahənin Maldivdə inkişaf etdiyini deyə bilərik. Digər tərəfdən, bu, mənzilə çatmağın ən qısa yoludur. Təbiətin maldivlilərə başqa seçim imkanı vermədiyini də söyləmək lazımdır.
İsti hava şəraitini sevənlər üçün Maldiv ideal ölkədir. Çünki burada il boyu yay fəsli dominantlıq edir. Hava limanına endiyimiz zaman Maldivin ulduzlu gecəsi bizi məftun edir. Vaxt itirmədən paroxod vasitəsilə paytaxta doğru yol alırıq. Maldivə gələn turistlər bir adadan digərinə ya bərə gəmisi ilə, ya hava taksisi, ya da motorlu qayıq vasitəsilə çata bilərlər.
Birgünlük səyahətdən sonra Maleyə çatmaq sevincini yaşayırıq. Şirin yuxudan ayılıb şəhəri gəzməyə başlayırıq. Paytaxtın ən böyük meydanı Respublika adlanır. Bayrağında qırmızı və yaşıl rənglə yanaşı, ay təsvirini də görmək mümkündür. Paytaxtın ətrafını dəniz tərəfdən seyr etmək istəyən turistlər yaxtalar arendaya götürmək imkanları vardır. Buradan hər tərəfin mavi rəngə boyanmasını görmək mümkündür ki, bu da insanı valeh edir. Ətrafımızda irili-xırdalı çox sayda ada mövcuddur. Hər adanın da özünəməxsus mənzərəsi var. Paytaxt Maledə həyat sanki qaynayıb-qarışır. Hər tərəfi okeanla əhatə olunmuş bir ölkədə əsas qida vasitəsinin balıq olması yəqin ki, heç kimdə təəccüb doğurmaz. Ölkənin turizmdən sonra ikinci gəlirli sahəsi balıqçılıqdır. Təbii ki, ixrac etdiyi məhsullar arasında balıq birinci yeri tutur. Əsasən Yaponiya və Avropa ölkələrinə ixrac edilir. Axşam və səhər çıxarılan balıqlar elə oradaca öz alıcısını tapır.
Maldiv kiçik adalardan ibarət olduğu üçün kənd təsərrüfatı yox səviyyəsindədir. Buna görə də maldivlilər meyvə-tərəvəzi xaricdən idxal etmək məcburiyyətində qalıblar. Maledə ən çox istifadə edilən nəqliyyat vasitəsi motosikletdir. Burada kilometrlərlə uzanan motosiklet parklarını görmək mümkündür.
Maldiv əhalisi İslam dini ilə 12-ci əsrdə tanış olub. İslam dinini bu ölkəyə ərəb tacirlər gətiriblər. Cümə məscidi adanın ən böyük və ən gözəl məscididir. Maledəki səyahətimizi başa vuraraq motorlu qayıq vasitəsilə Kurumba adlanan tətil qəsəbəsinə doğru yan alırıq. Adaya daxil olmazdan öncə Kumbaranın ətrafını dolaşırıq. Qayığın sükanını Məhəmməd adlı şəxs idarə edir. Tam əminliklə gözəl bir ada olduğunu söyləyə bilərik. Adətə görə, adaya ayaq basan hər kəsin boynundan çiçək asılır. İl boyunca temperatur müsbət 28-32 dərəcə arasında dəyişir. Ağappaq qum və palma ağacları buranın təbiətinə xas olan ünsürlərdir. Dəniz suyunun temperaturunun daim müsbət 26 dərəcə olması çimərlik mövsümünün il boyunca davam etməsinə imkan verir. Maldivdə istirahətin ən ucuz başa gələ biləcəyi aylar may, iyun və iyul aylarıdır. Kurumba sözünün mənası yetişməmiş hind qozu deməkdir. Ada bu meyvə ağacları ilə doludur. Adaya gələn qonaqlar üçün təqdim edilən içki məhz kurumbadan hazırlanır. Kurumbada turistlər üçün çoxlu istirahət mərkəzləri inşa edilib. Bunu da təbii qəbul etmək lazımdır. Okean suyu duru və tərtəmizdir. Gül həvəskarlarını adada orxideya yetişdirilməsi xəbəri sevindirməyə bilməz. Kurumba elektrik enerjisinə olan tələbatını özü təmin edir. Bunu bütün adalara şamil etmək mümkündür. Şirin su isə okeandan əldə edilir.
Maldivə ən çox turist Avropadan gəlir. Turistlər arasında ingilis və almanlar üstünlük təşkil edirlər. Son zamanlar rus turistlərin sayında artım müşahidə edilir. Hökumət və yerli əhali İslamın gətirdiyi halal və haram məsələlərinə çox böyük önəm verir. Bunu da adi həyatda tətbiq etməyə səy göstərirlər; hətta ölkə iqtisadiyyatı üçün vacib olan turizm sahəsində belə. Qanuna görə, turistlərin adalara səyahət etdikləri zaman özləri ilə donuz əti və spirtli içki gətirmələrinə qadağa qoyulub.
Üzməyi bacarmayanlar bunu özlərinə problem etməyə bilərlər. Ona görə ki, burada üzgüçülük kursları fəaliyyət göstərir. Su ilə bağlı bütün idman növlərini sınaqdan keçirə bilərsiniz. Turizm mövsümünün ən qızğın vaxtında səyahət etmiş olsanız, adambaşına 400 dollardan 3000 dollara qədər xərc çəkməli olacaqsınız.
Kurumba hökumət və dövlət başçılarının da istirahət etməyə üstünlük verdikləri məkanlardan biridir. Bunu bura gələn siyasətçilərin adları təsdiq edir. Ən məşhurları arasında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, ABŞ-ın eks-prezidentləri Bill Klinton və ata Buşun adları da var. Siyasi xadimlər Kurumbada "Şərəf" dəftərinə xatirə sözlərini yazmağı da unutmurlar.
Axşamın düşməsini gözləmədən bu möcüzə ilə dolu adadan ayrılırıq. Motorlu qayıq irəlilədikcə Kurumba adası gözümüzdə kiçilməyə başlayır. Lakin onun oyatdığı xoş təəssürat heç vaxt  hafizəmizdən silinməyəcək.


Saim Orxan

  şerhler
daha şerh yazılmadı
  şerhinizi yazın

  saytımızdan diger xeberler
azərbaycan kinosu
iki tərəfi dəniz aeroportlar
meşhurlar balaca olanda
Gürcüstanın Dmanisi rayonunun gürcülər və azərbaycanlılar yaşayan iki kəndinə qaz verilib
Röya ilə Zamiq Qazax və Tovuzda
katie holmes lingerie ilə
GÜRCÜSTAN DA BİZDƏN TORPAQ İSTƏYİR
jennifer love hewitt çox sevir
Qəribə adam
Erməni saxtakarlığı sənədlə təsdiqləndi
  kanaldan diger xeberler
sms-in zereri
Xalq artisti gənc müğənnini müdafiə edib
Pianoçu Murad Hüseynov Macarıstanda solo konsert proqramı ilə çıxış edəcək
qadın iç geyimi
Hummer Şekilleri
Anna Kournikova
Azərbaycanda 200-dək zəlzələ qeydə alınıb
Victorias Secret Fashion Show 2007
Lotus 2 Eleven
miss usa 2010

©2000-2009 azerooClub , müellif hüquqları qorunur, istinad verilmesi mecburidir

üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz
penceeni bağla