Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 07 Noy,2008 Burkina Fasonun paytaxtı Uqaduqu yaxınlığında yerləşən Bazoule bölgəsinin insanları 600 ildir ki, timsahlarla bir yerdə yaşayırlar. Timsahların qidalanması üçün hər gün onlara
saxladıqları toyuqlardan verirlər. Xatırladaq ki, yerli əhali
timsahların əhliləşdirilərək saxlanılmasını müqəddəs adət kimi
qəbul edirlər. “Daıly Telegraph” qəzetinin verdiyi
xəbərə görə, bu müqəddəs adət bir neçə yüz ildir
ki, davam edir. Nə qədər qəribə görünsə də, bölgənin
uşaqları da timsahlarla bərabər oynayırlar. Fotoqraf Oliver Born vəhşi
və yırtıcı heyvan kimi tanınan timsahların bu bölgədə insanlar
tərəfindən əhliləşdirildiyini bildirib. Borna görə, burada
uşaqların timsahlarla oynaması normal hal kimi qəbul edilir. Həmin
bölgənin insanları timsahların bolluq və bərəkət
simvolu olduğuna inanırlar.
|