Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 11 Noy,2008 Qəbizliyin olmaması üçün sudan kifayət qədər istifadə etmək tövsiyə olunur. Kifayət qədər su içməmək, düzgün qidalanmamaq,
hərəkətsizlik, çox yemək, bağırsaq xəstəlikləri, əzələ zəifliyi,
bəzi dərmanlar, prostat problemləri, stress, yeməkdə dəyişiklik, bəzi
pəhrizlər, uzun sürən səfərlər, qaraciyər və öd kisəsi
xəstəlikləri qəbizliyin əsas səbəblərindəndir. Qəbizlik problemini
aradan qaldırmaq üçün liflə zəngin qidalara, yəni
çiy meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır.
Çünki lifli məhsullar bağırsaqların fəaliyyətini
gücləndirir. Belə qidalar bağırsaqdakı toksinləri, maya
göbələklərinin və xəstəliktörədən bakteriyaların inkişafını
azaldır. Qəbizliyin olmaması üçün sudan da kifayət
qədər istifadə etmək tövsiyə olunur. Qalın bağırsağın hər gün
ən azı 1,5 litr suya ehtiyacı olduğundan gündə 1,5-2 litr su
içilməlidir. Qəbizlik uzun sürdükdə isə həkimə
müraciət olunmalıdır.
|