Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 29 Yan,2009 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi teatr,
musiqi, təsviri sənət və kino sahəsində ənənəvi «Zirvə» mükafatını
təsis etmişdir. «Zirvə» mükafatı 2008-ci ildə teatr, musiqi,
təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək
peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Bu
mükafata aşağıda adları qeyd edilən sənət növləri üzrə yaradılmış
əsərlər təqdim oluna bilər:- teatr sənəti, musiqi,
kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika
sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri
üzrə və s.;- milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər;- beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair genişplanlı proqramlar və layihələr. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.Mükafat hər biri 5000 (beş min) manat həcmində aşağıdakı sahələr üzrə verilir: Teatr sahəsi üzrə- dramaturq, quruluşçu rəssam, rejissor, aktyor, aktrisa, teatrşünas, bəstəkarMusiqi sahəsi üzrə- bəstəkar, ifaçı, musiqişünasTəsviri sənət üzrə- rəssam, heykəltaraş, dekorativ sənət, sənətşünasKino sahəsi üzrə- ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa «Debüt» bölməsi- teatr, musiqi, təsviri sənət və kino sahəsində çalışan gənclər üçün«Mədəni sərvət» bölməsi- mədəniyyət sahəsindəki xüsusi xidmətlərinə görəMükafatlar
mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin
əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə verilir. Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunur. Mükafata
təqdimatlar fevral ayının 15-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat
müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir. Əlavə məlumat üçün nazirliyin İncəsənət şöbəsinə (tel: 498-15-16) müraciət etmək lazımdır.
|