Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 27 İyun,2009 saç gözəllik boya saç boyama Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik Saçı əmələ gətirən 5 əsas element var: 1. 83-87% protein. 2. 3% nəm. 3. Duz. 4. Şəkər. 5. Yağ turşusu. Saç
canlı bir orqanizm olmadığı üçün bu elementlər həmişə
qorunmalıdır. Çalışın təbii boya olaraq saçınıza həmişə
həna qoyun. Çünki həna saçı həm qüvvətləndirir,
həm də canlılıq verir.
Saç boyaları xərçəng xəstəliyinə səbəb olurmu? Yeyib-içdiklərimizin
tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o
cümlədən saç boyasının içində nə olduğuna fikir
vermirik. Saç boyalarında istifadə edilən kimyəvi maddələrdən
22-si Avropa ölkələrində qadağan olunmuşdur. Saç
boyanarkən saçın təmiz, yaxud çirkli olması vacib deyil.
Lakin boyamadan öncə saçınızda jele, biryantin kimi
saçşəkilləndirici varsa, təmizləyin. Çünki belə
maddələr boyanın saça kifayət qədər nüfuz etməsinə mane
olur. Saç boyasını vurmazdan əvvəl saçın diblərinə
nəmləndirici krem vursanız, sonradan boyanı nəmli pambıqla dəridən
təmizləmək asanlaşır. Saçınızı evdə boyayarkən bunlara diqqət edin: - Öncə boyanın istifadə qaydasını oxuyun; - Köhnə paltar geyinin; -
Saçınızın ətrafındakı dərinin ləkələnməməsi
üçün bir az vazelin vurun, elə edin ki, saça
bulaşmasın; - Boyanı vurarkən mütləq əlcək geyin; - Saçları bölərkən və boyanı yayarkən genişağızlı daraqdan istifadə edin; - Dəriyə bulaşan boyanı yaş dəsmal, şampunlu və ya dəri təmizləyən pambıqla silin; - Rəngin tutması üçün vaxta düzgün əməl edin.
|