reklam | sponsorluq | bize yazın |

üzv olun

məşhurlar ana sehife

  müğenniler
  aktyorlar
  aktrisalar
  idmançılar
  siyasetçiler
  şairler
  yazıçılar
  modeller
  Bestekarlar

üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
27 İyun,2009

sevda yəhyayeva müğənni müsahibə

Budəfəki müsahibimiz “Yeni Ulduz” müsabiqəsindən yaxşı tanıdığınız Sevda Yahyayevadır. O, 1985-ci il, Dekabrın 28-i anadan olub. Artıq üç ildir ki, peşəkar səhnədədir. Qısa zaman kəsiyində çoxlarının sevgilisinə çevrilib. Saytımıza eksklüziv müsahibə verən Sevda ona ünvanladığımız bütün sualları tam səmimi cavablandırdı.

- Oxumağa həvəsiniz necə yarandı?

- Mənim uşaqlığım Qobuda keçib. O vaxt orada əsgərlər üçün tez-tez konsertlər təşkil olunurdu. Mən də gedib həmin tədbirlərdə bildiyim mahnılardan oxuyardım. Tanışlarımın məsləhətiylə valideynlərim məni musiqi məktəbinə yazdırdılar. Orada fortepianonu öyrəndim. Sonralar müxtəlif tədbir və konsertlərdə mütəmadi olaraq görünməyə başladım. Daha sonra isə 2500 nəfərin arasıdan seçilərək “Yeni Ulduz” müsabiqəsində iştirak etmək hüququ qazandım. Beləliklə də, mənim səhnə fəaliyyətimin parlaq dövrq başlamış oldu.

- Qısa zaman ərzində belə populyar olacağınıza inanırdınızmı?

- Xeyr, bu dərəcədə seviləcəyimi gözləmirdim.

- Yerli klipmeykerlərin işi sizi qane edirmi?

- Əlbəttə, edir. Yeri gəlmişkən, hazırda yeni bir mahnı üzərində işləyirəm. Uğurlu olsa, ona klip də çəkdirəcəm və bu işi də yerli klipmeykerlərə həvalə edəcəm.

- Bəs niyə ilk klipinizi çəkdirmək üçün Gürcüstana üz tutdunuz?

- Sadəcə olaraq, məkan baxımından fərqli olsun deyə.

- Sənətdə rəqibləriniz var?

- Təvazökarlıqdan uzaq olsa da, heç kimlə rəqabət aparmıram. Öz işim məni qane edir. Amma mənimlə eyni yaşda olan ifaçı hansısa bir uğura imza atsa, mən də istəyərəm ki, ondan da yaxşısını edim. Bu da paxıllıq deyil, sağlam rəqabətdir. Rəqabət olmasa, inkişaf da olmaz.

- Əlavə qazanc yeriniz varmı?

- Yoxdur. Gəlirim sırf toylardan və şou-proqramlardan gəlir. Bəlkə on-on beş ildən sonra özümü biznes sahəsində də sınadım.

- Kimdən və nədən ehtiyyat edirsiniz?

- Sənətçi olduğum üçün publikayla ehtiyyatlı davranıram. Haqqımda pis danışılmasından çox ehtiyyat edirəm.

- Şöhrətpəstliyiniz nə dərəcədədir?

- Elə də şöhrətpərəst deyiləm. Dünya malı dünyada qalacaq. Özüm öz tələbatımı ödəyirəmsə, bu mənə bəsdir.

- Nöqsanlarınızı görməyi bacarırsınızmı?

- Bacarıram. Hətta efirlərdəki çıxışlarımın hamısını kasetə yazıb ona təkrar baxıram ki, görüm nəyi düz, nəyi səhv etmişəm.

- Güzgüyə baxanda özünüz haqqında nəyi düşünürsünüz?

- Deyirəm ki, ay Allah, mən necə də gözələm. (gülür ). Doğrudan, fikirləşirəm məndən gələcəkdə yaxşı ifaçı ola bilər.

- Heç sizə deyiblərmi kaprizləriniz var?

- Eşitdiyimə görə, deyirlər ki özümdən razıyam. Amma əslində bu belə deyil. Düzdür, müəyyən yerlərdə özümdən razı görünə bilərəm, o da baxır harada...

- Dini inanclarınız necədir?

- Çox yaxşı. Əvvəl namaz da qılmışam. İndi sənətimlə əlaqədar qıla bilmirəm. Gələcəkdə, yəqin ki qılaram.

- Ailə qurmaq barədə fikirləşirsiniz?

- İndi ancaq sənətim barədə düşünürəm.


EXCLUSİVE SUALLAR VƏ CAVABLAR

- Ağ, yoxsa qara?

- Təmizlik rəmzi olduğu üçün ağ.

- Venesiya, ya Madrid?

- Heç birində olmamışam, nə də ki tanışlığım yoxdur. Amma Madridi seçərdim.

- Kök, yoxsa arıq?

- Arıq, çünki kök olanda rahat hərəkət etmək olmur.

- Viski, ya vodka?

- Heç biri....

- Oğlan, yoxsa qız?

- Əks cinsin nümayəndəsi olduğuma görə oğlan.

- Can, ya canan?

- Hər ikisi vacibdir. Məncə can. Çünkin can olmayanda canan da olmur.

- Ağıllı, yoxsa gözəl?

- Əlbəttə, ağıllı. Deyirlər ki, vücudu gözəl olandan qırx günə doymaq olar, ağılı gözəl olandan isə qırx ilə doymaq olmaz....


Cavidan Abdullayev


ekart olaraq gönder bloguma elave et

sevda ilə exclusive müsahibə
sevda ilə exclusive müsahibə
sevda ilə exclusive müsahibə

  şerhler
daha şerh yazılmadı
  şerhinizi yazın

  saytımızdan diger xeberler
Nina Fernandez
Gün eynəkləri uyğun deyilsə...
Caspian Sea Resort
Aleksandr Rıbak: “Eurovision” müsabiqəsində qalib olmaq istəyən təmsilçi mütləq və mütləq özünə güvənməlidir”
2010-cu ilin ən bahalı avtomobilləri
Ledi Qaqa növbəti “Ceyms Bond” üçün mahnı yazacaq
Balinalar özünü sahilə atıb
intellektual turnir
maşını yandı
Dərviş Parisi partladır
  kanaldan diger xeberler
gözəl aktrisa
Maxim Hot Party 100
Lətifə
Erzaq itxalını dayındırılıb
Daha bir İndoneziya sakini «quş qripi»ndən ölüb
Jaime Pressly MTV Video Music Awards
Mischa Barton bikini ile
Maybach Exelero
dünyada top 50 qatar
Pənah Hüseyn: "Təəssüf ki, alınmadı..."

©2000-2009 azerooClub , müellif hüquqları qorunur, istinad verilmesi mecburidir

üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz
penceeni bağla