Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 04 Fev,2010 Ötən il azərbaycanlı musiqiçi Rəsul Vilayətlə gizli şəkildə ailə quran əməkdar artist, tanınmış xanəndə Aygün Bəylər indi depressiya yaşayır. İstedadlı xanəndəmiz evə qapanıb və heç bir tədbirlərə də getmir.
Sənətçinin depressiyaya düşməsinin səbəbi budur ki, ötən ilin sonu - dekabrın 5-də ana olan və qızına Can adı qoyan müğənni öz həyat yoldaşı ilə görüşə bilmir. Görüşə bilməməyinin səbəbi isə ölkə xaricində olan Rəsul Vilayətin Azərbaycana gəlməsində yaranan problemlərdir. Müğənninin yaxın ətrafından verilən məlumata görə, həyat yoldaşı sənədlərində problemlər yarandığı üçün Azərbaycana gələ bilmir. Qızının adını özü qoysa da, Rəsul Vilayət hələ də doğulandan bəri qızını görməyib. Aygünün internet istifadəçisi olmadığı nəzərə alınsa, məlum olur ki, onun həyat yoldaşı ilə yalnız telefon əlaqəsi var. Rəsul Vilayətin isə qızının heç şəklini belə görmədiyi deyilir.
|