Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 06 Fev,2010 Fevralın 5-nə keçən gecədən başlayaraq Bakıya bu il ikinci dəfə qar yağdı.
Qarın paytaxt sakinlərinə bir çox məişət problemləri yaratmasına baxmayaraq, bu hadisəyə sevinənlər də az deyil. Belə insanlardan biri də Azərbaycanın xalq artisti, populyar estrada müğənnisi Aygün Kazımovadır.
Onunla yağan qarın altında maraqlı fotosessiya etmək üçün müğənniyə müraciət etdik. Əvəzində isə gözləmədiyimiz cavab aldıq. “Mən qarı çox sevirəm. Amma bir azdan uçmağa hazırlaşıram” - dedi Aygün Kazımova.
Səfərinin xarici ölkələrdən birinə olduğunu yəqin etsək də, xalq artisti hara hazırlaşdığını ciddi-cəhdlə gizli saxladı. “Çemodanlarımı hazırlayıram. Axı bir azdan uçuram” - deyə əlavə etdi Kazımova.
Ümidvarıq ki, Aygün xanım hara və nə üçün uçduğunu vətənə qayıtdıqdan sonra mütləq media mənsublarına açıqlayacaq.
|