Deputat Vahid Əhmədov: "Mən deyə bilmərəm ki, seçkilər tam demokratik keçirilib"
Sam Williams 18/02/2020

İTV-də yayımlanan "Diqqət Mərkəzi - Yekun" verilişində Parlament seçkiləri müzakirə edilib.
AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq olan deputat Vahid Əhmədov maraqlı fikirlər səsləndirib.
O seçkilərin tam demokratik şəkildə keçirilmədiyini deyib:
"Mən deyə bilmərəm ki, seçkilər tam demokratik keçirilib. Seçkilər zamanı baş vermiş neqativ hallar göstərir ki, hələ çox iş görmək lazımdır. 4 dairənin ləğvi də bunu sübut edir".