Dözmə, yürüş et!

20/10/2019

Dünən (20 oktyabr) Bakının mərkəzində "Dözmə, yürüş et!" aksiyası keçirilib. Aksiya son vaxtlar qadınlara qarşı şiddət və qətl hallarının artmasına, bu hadisələrlə bağlı dövlət səviyyəsində adekvat addımların atılmamasına qarşı keçirilib.
Bu problemlər öz həllini tapmalıdır, dövlətin qadınlara qarşı şiddət, erkən nigahlar, məişət zorakılığı əleyhinə işlək siyasəti olmalıdır.