Siyasi məhbus Azad Həsənov bu gün artıq 6-cı gündür aclıq aksiyası edir.

27/07/2019

Siyasi məhbus Azad Həsənov bu gün artıq 6-cı gündür aclıq aksiyası edir. Bu gün ondan heç bir xəbər almaq mümkün olmayıb. Azad Həsənova və bütün siyasi məhbuslara azadlıq tələb edirik!

Bu tipli hadisələrdə cəmiyyətin reaksiyası çox ciddi təsir edə və həlledici ola bilir. Mehman Hüseynovun aclıq aksiyası zamanı cəmiyyətin verdiyi reaksiya bir çox siyasi məhbusun azadlığıyla nəticələnmişdi. İndi də bu məsələyə verəcəyimiz reaksiya həlledici ola bilər! Biganə qalmayaq!

Müsavatçı Azad Həsənov mühacirətdə yaşadığı vaxt atasının ağır xəstəliyinə görə Bakıya gələndə həbs olunub və haqsız yerə hələ də həbsdədir.